RU

Danimarka bu şirkətlə sursat təchizatına dair müqavilə imzalayıb

Yazını böyüt
Yazını kiçilt

Danimarka Almaniyanın “Rheinmetall” şirkəti ilə sursat təchizatı təminatına dair yeddiillik müqaviləsi imzalayıb.

Hafta.az xəbər verir ki, şirkətin yaydığı məlumatda müqavilə çərçivəsində müxtəlif növ döyüş sursatlarının tədarükünün nəzərdə tutulduğu bildirilir. Müqaviləyə orta kalibrli sursatlar, tank mərmiləri və artilleriya üçün sursatların tədarükü daxildir.

“Rheinmetall”ın İdarə Heyətinin sədri Armin Papperqer Danimarkanın şirkətə göstərdiyi etimadın yüksək qiymətləndirildiyini vurğulayaraq bildirib ki, bu müqavilə “Rheinmetall”ın dünya üzrə aparıcı sursat istehsalçılarından olması statusunu bir daha təsdiqləyir.

Избранный
1
2
hafta.az

3Источники