RU

“Ata həsrəti çəkən” müğənniyə ağır xəbər

Aysun İsmayılovanın atası infarkt keçirib.

Ölkə.az xəbər verir ki, bu barədə özü “Rəngarəng” verilişində məlumat alıb.

Aparıcı Zaur Nəbioğlu müğənniyə həmin xəbəri belə çatdırıb: “Bibin qızı zəng edib dedi ki, dünən atan telefonla danışandan sonra çox ağır infarkt keçirib”.

Aysun İsmayılovanın bu xəbərə soyuq yanaşması da gözdən yayınmayıb. O yalnız “Allah kömək olsun”, - deyib.

Müğənni illərdir ki, ata həsrəti çəkdiyini bildirib. Bir neçə gün əvvəl sözügedən verilişdə o, atası ilə telefonla ünsiyyət qurub. (Yeni Sabah)

Избранный
11
2
olke.az

3Источники