RU

Tanınmış baş məşqçi qadın futbolu barədə: “Qadınlar uşaq doğmaq üçün yaradılıblar”

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Oser” klubunun keçmiş baş məşqçisi Gi Ru qadın futbolunu tənqid edib.

İdman.Biz bildirir ki, Ru kişi və qadın futbolunun əyləncə dəyərindəki fərqin fizioloji fərqlərdən qaynaqlandığını bildirib. O, kişilərin və qadınların “fərqli şəkildə yaradıldığını” vurğulayıb.

“Sevdikləri idman növü ilə məşğul olan bu gənc qadınlara böyük hörmətim var. Amma məndən qadın oyunlarının əyləncəli olub-olmadığını soruşsanız, sizi 800 tamaşaçı qarşısında keçirilən əsas liqa oyunlarına yönləndirərdim.

Qadınlar uşaq dünyaya gətirmək üçün yaradılıblar; onların daha geniş çanaqları var. Futbol geniş çanaqlar üçün nəzərdə tutulmayıb. Ən yaxşı qadın futbolçular oğlan kimidirlər”, - deyə 87 yaşlı mütəxəssis “L'Est éclair”ə verdiyi müsahibədə qeyd edib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
icma.az

2Источники