RU

BMT Baş katib vəzifəsinə Baçeletin namizədliyi təsdiqlənib

1 fevral bazar ertəsi günü BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sədrləri təşkilatın Baş katibi vəzifəsinə namizəd kimi BMT-nin sabiq İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçeletin namizədliyi barədə bildiriş alıblar.

APA xəbər verir ki, bu barədə Baş Assambleyanın 80-ci sessiyasının sədrinin ofisinin sözçüsü La Neys Kollins məlumat verib.

"Baş Assambleya və Təhlükəsizlik Şurasının sədrləri bu səhər Mişel Baçeletin namizədliyi barədə bildiriş alıblar. Namizədliyi Çili, Braziliya və Meksika təqdim edib", - o bildirib.

Qeyd edək ki, Baçelet iki dəfə - 2006-cı ildən 2010-cu ilə və 2014-cü ildən 2018-ci ilə qədər Çilinin prezidenti olub. 2018-ci ilin sentyabrından 2022-ci ilin avqustuna qədər o, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsində çalışıb.

Baçelet BMT Baş katibi vəzifəsinə iddialı olan yeganə Latın Amerikası namizədi deyil. Ötən ilin noyabr ayında Argentina, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossini namizəd göstərib.

Hazırkı BMT Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti isə 31 dekabr 2026-cı ildə bitir.

Baş katib BMT Təhlükəsizlik Şurası tərəfindən seçilir və Baş Assambleya tərəfindən beş illik, yenilənə bilən müddətə təsdiqlənir. Müddət məhdudiyyəti yoxdur, lakin əvvəllər heç kim bu vəzifədə 10 ildən çox qalmayıb.

Избранный
32
3
apa.az

4Источники