RU

Fransada iş axtaranların sayı bir ildə 6,8 faiz artıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Paris, 3 fevral, AZƏRTAC

Fransada işsizlik göstəriciləri 2025-ci ildə yenidən artım mərhələsinə daxil olub. Əmək Nazirliyinin açıqladığı rəsmi məlumatlara görə, iş axtaranların sayı həm rüblük, həm də illik müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib. Xüsusilə gənclər bu artımdan daha çox təsirlənən qrup kimi önə çıxır.

AZƏRTAC xəbər verir ki, nazirliyin son rüb üzrə statistik məlumatlarına əsasən, 2025-ci ilin dördüncü rübündə kateqoriya A üzrə, yəni “France Travail” qurumunda qeydiyyatda olan və heç bir iş fəaliyyəti olmayan şəxslər arasında iş axtaranların sayı rüblük müqayisədə 2,6 faiz artıb. İllik müqayisədə isə bu göstərici 6,8 faiz təşkil edib.

İşsizliyin artımından ən çox təsirlənən təbəqə gənclərdir. Gənclər arasında kateqoriya A üzrə iş axtaranların sayı illik müqayisədə kəskin şəkildə - 23 faiz artıb.

Bundan əlavə, 2025-ci ilin dördüncü rübündə 812 min gənc peşəyönümlü ilkin müsahibəni gözlədiyi üçün kateqoriya G üzrə qeydiyyatda olub. Bu göstərici əvvəlki rüblə müqayisədə 6,4 faiz azalsa da, gənclərin əmək bazarına inteqrasiyasında problemlərin davam etdiyini göstərir.

Açıqlanan rəqəmlər 2025-ci ilin Fransa əmək bazarı üçün çətin keçdiyini və xüsusilə gənclərin məşğulluğu ilə bağlı struktur problemlərin daha da kəskinləşdiyini ortaya qoyur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
2
azertag.az

3Источники