FİFA prezidenti Canni İnfantino Britaniya futbol azarkeşləri ilə bağlı zarafatına görə üzr istəyib.
Publika.az xəbər verir ki, daha əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən futbol rəsmisi 2022-ci il Dünya Kubokundan bəhs edərək deyib: “Tarixdə ilk dəfə olaraq bir dənə də olsun Britaniya azarkeşi həbs olunmayıb. Təsəvvür edin!”
“Bu şərh sadə, xoşxasiyyətli bir zarafat olmaq üçün nəzərdə tutulmuşdu. 2022-ci il Dünya Kuboku bir bayram və dinc bir tədbir idi. Heç kimi incitmək niyyətim yox idi. Mən İngiltərə futbolunun böyük azarkeşiyəm”, – deyə “Sky News” İnfantinonun sözlərini sitat gətirib.