RU

İran ABŞ-yə görə uranın zənginləşdirilmə səviyyəsini 20 faizə endirməyə hazırdır

BAKI, 3 fevral. TELEQRAF

Tehran Vaşinqtonun müəyyən güzəştləri qarşılığında uranın zənginləşdirilmə səviyyəsini 60 faizdən 20 faizə endirməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə İranın ali rəhbəri Ayətullah Xameneinin müşaviri Əli Şamxani “Al Mayadin” telekanalına müsahibəsində bildirib.

Əli Şamxani qeyd edib ki, ABŞ tərəfi bu məsələ ilə bağlı narahatdırsa, Tehran səviyyənin azaldılmasına gedə bilər, lakin bunun qarşılığında konkret addımlar atılmalıdır.

Onun sözlərinə görə, İran uranın 60 faizə qədər zənginləşdirilməsinə iki əsas səbəblə yanaşır: "Birincisi, düşmənlərin mümkün planlarının qarşısını almaq, ikincisi isə danışıqlar və dialoq üçün hazırlıq görmək".

Şamxani vurğulayıb ki, Tehran mövqeyində prinsipialdır və nüvə proqramı ilə bağlı qərarlar qarşılıqlı öhdəliklər əsasında qəbul edilə bilər.

Избранный
34
teleqraf.com

1Источники