RU

İsraildə miqrasiya göstəriciləri açıqlandı

Bakı. Trend:

İsrailin Mərkəzi Statistika Bürosu “İsraillilərin beynəlxalqmiqrasiyası: ölkəni tərk edən və geri qayıdan İsrail vətəndaşları”mövzusunda 2024-cü ilə dair məlumatları açıqlayıb.

Trend İsrailinTPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, 2024-cüildə 82 min 774 İsrail vətəndaşı ölkəni tərk edən miqrant kimiqeydə alınıb. Bu göstərici 2023-cü ildəki 59 min 366 nəfərləmüqayisədə 39,4 faiz çoxdur.

Eyni dövrdə ölkəyə qayıdan İsrail vətəndaşlarının sayı 24 min150 nəfər olub ki, bu da 2023-cü illə müqayisədə 18,4 faiz azalmademəkdir.

2025-ci ilin ilkin məlumatları xaricə köçən israillilərinsayının 2024-cü illə müqayisədə azaldığını göstərsə də, bu rəqəm2023-cü ildən əvvəlki illərin göstəricilərindən hələ də yüksəkdir.Eyni zamanda, geri qayıdanların sayı 2024-cü ildən əvvəlki onillikdövrdəki orta göstəricidən aşağıdır.

Hesabat dövründə ölkəni tərk edənlərin səviyyəsi hər min nəfərə8,5 nəfər, geri qayıdanların səviyyəsi isə hər min nəfərə 2,5 nəfərtəşkil edib.

Избранный
37
az.trend.az

1Источники