RU

Sən demə, günorta yuxusu…

Günün ortasında verilən qısa yuxu fasilələri sağlamlıq baxımından olduqca faydalı hesab olunur. “Health” saytında dərc olunan elmi araşdırmalara görə, günorta saatlarında təxminən 20 dəqiqəlik qısa yuxu fasiləsi enerji səviyyəsini artırır, yaddaşı gücləndirir və ümumi sağlamlığa müsbət təsir göstərir. 

Mütəxəssislər bildiriblər ki, bu cür yuxunun müddəti mühüm rol oynayır. Günorta yuxusunun 20 dəqiqə ilə məhdudlaşdırılması kifayətdir və 30 dəqiqədən çox olmaması tövsiyə edilir. Əks halda daha uzun yuxular halsızlıq yarada və gündəlik yuxu rejimini poza bilər.

Araşdırmalarda, həmçinin vurğulanıb ki, axşamüstü saatlarında yatmaq gecə yuxusunu çətinləşdirə bilər. Bu səbəbdən günorta yuxusunun erkən saatlarda və qısamüddətli olması məsləhət görülür.

Şahnigar Əhmədova, “İki sahil”

Избранный
19
ikisahil.az

1Источники