RU

Almaniyada ictimai nəqliyyat iflic oldu - tətil və etirazlara görə...

Almaniyada yenə tətil və etirazlar başlayıb. SİA xəbər verir ki, ölkənin Xidmət İşçiləri Həmkarlar İttifaqının (Ver.di) birgünlük xəbərdarlıq tətili ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Tətil gecə saat 03:00-dan başlayaraq Aşağı Saksoniya əyaləti istisna olmaqla ölkənin bütün bölgələrini əhatə edib, avtobus, tramvay və metro reysləri ləğv olunub. “Alman Dəmir Yolları” (Deutsche Bahn) şirkətinə məxsus şəhərətrafı və qısaməsafəli qatarlar adi qrafiklə fəaliyyətini davam etdirib.

“Ver.di” həmkarlar ittifaqı iş saatlarının azaldılması, növbələrin qısaldılması, istirahət fasilələrinin uzadılması, gecə və həftəsonu işlərinə görə əlavə ödənişlərin artırılmasını tələb edir.

Mətləb

Избранный
18
4
sia.az

5Источники