RU

QHT sədri: TRIPP Azərbaycanın strateji baxışı ilə üst-üstə düşür

TRIPP layihəsi ideoloji deyil, praqmatik və iqtisadi məzmunlu təşəbbüsdür. Layihə kommunikasiyaların açılmasını, iqtisadi qarşılıqlı asılılığın artırılmasını və regional sabitliyin möhkəmləndirilməsini hədəfləyir və bu yanaşma Azərbaycanın strateji baxışı ilə üst-üstə düşür.

QHT.az xəbər verir ki, bu fikirləri Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib. Onun sözlərinə görə, mövcud maneələrə baxmayaraq, Cənubi Qafqazda sülhə doğru real addımlar atılır:

"Azərbaycan-Ermənistan arasında həyata keçirilən ticarət nümunələri iqtisadi inteqrasiyanın mümkünlüyünü göstərir. TRIPP-in icrası regional əməkdaşlığın dərinləşdirilməsi və dayanıqlı inkişaf baxımından mühüm mərhələdir".

Избранный
18
qht.az

1Источники