GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bir prezidenti devirmək, Qrenlandiya kimi nəhəng bir əraziyə iddia etmək və ya xarici ölkələrin vətəndaşlarını silahlandıraraq daxili qarşıdurma yaratmaq kimi ssenarilər beynəlxalq hüququn arxa plana keçdiyini göstərir.
Globalinfo.az xəbər verir ki, bunu“Novorossiya”ya müsahibə verən politoloq Svetlana Volnova bildirib. O qeyd edib ki, hər şey 19 il əvvəl NATO-nun genişlənməsi düzgün model kimi təqdim olunurdu.
Politoloq bildirib ki, Qərbin Rusiyaya münasibəti uzun müddətdir məlumdur, lakin əsas məsələ Putinin bu geosiyasi kataklizmləri öncədən görməsi və ölkəni onlara hazırlamasıdır.
Onun sözlərinə görə, Putin NATO-nun genişlənməsinin Rusiyaya hansı nəticələr gətirəcəyini əvvəlcədən anlayıb və Qərbin dünyanı “güc haqlıdır” prinsipi ilə idarə etməyə çalışdığını vaxtında dərk edib.
“Bu cür Amerika davranışı Avropa üçün yeni deyil. 19 il əvvəl NATO-nun genişlənməsi düzgün model kimi təqdim olunurdu. Alyansın o zamankı baş katibi Yaap de Hoop Sxeffer demokratiya və qanunun aliliyinin Rusiya sərhədlərinə yaxınlaşmasının təhlükə olmadığını açıq şəkildə bəyan etmişdi, amma Putin üçün bu yeni deyildi. O hər şeyi həmin vaxt təxmin etmişdi və bu gün üçün hazırlaşırdı”, – deyə politoloq bildirib.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.