RU

Türkiyə Superliqası: “Fənərbağça” səfər oyununda qələbə qazanıb

Bakı, 2 fevral, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında XX tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, bağlanış oyununda "Fənərbağça" səfərdə "Kocaelispor"la qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Marko Asensio və Dorjeles Nene vurublar.

Bu qələbə ilə xallarını 46-ya çatdıran İstanbul təmsilçisi 2-ci pillədəki yerini qoruyub. Komandanı lider "Qalatasaray"dan cəmi 3 xal ayırır.

 

Избранный
35
2
azertag.az

3Источники