“Hazırda nə minimal əməkhaqqının artırılması, nə də ümumi maaş artımı ilə bağlı hər hansı qərar yoxdur”.Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib. O qeyd edib ki, ölkədə məşğul əhalinin təxminən 52 faizi özəl sektorda çalışır: “Özəl sektorda isə birbaşa maaş artımı ilə bağlı göstəriş vermək mümkün deyil. Dövlət yalnız minimal əməkhaqqını artırmaqla özəl sektora dolayı təsir göstərə bilər”. X.Kərimlinin sözlərinə görə, növbəti il minimal əmək haqqı artırıla bilər: “2026-cı il üçün minimal əməkhaqqının artırılması baş vermədi. Artımın 2027-ci ildə olacağı gözlənilir. Ümumilikdə isə əməkhaqqı artımı bazarın vəziyyətindən asılı olacaq, yəni artım olacaqsa, bunu bazar müəyyən edəcək”. Sevinc İbrahimzadə / Metbuat.az