RU

Mən olmadığım vaxtlarda müharibələri BMT həll etməlidir – ABŞ Prezidenti Donald Tramp

ABŞ Prezidenti Donald Tramp “Politico”ya verdiyi müsahibədə Birləşmiş Millətlər Təşkilatının (BMT) dünyadakı müharibələri həll etmək üçün böyük potensialı olduğunu bildirib.

Mən olmadığım vaxtlarda artıq müharibələri BMT həll etməlidir”, – deyə Tramp bildirib.
O, qlobal münaqişələrə həmişə müdaxilə etməyəcəyini qeyd edib və əlavə edib ki, “BMT-nin böyük potensialı var. Çox böyük”.

Tramp “təşkilatın vədlərinə əməl etmədiyini” israr etsə də, onu əvəzolunmaz bir qurum kimi təsvir edib, xüsusən də onun qlobal səhnədəki rolunun “sona çatdığını” nəzərə alsaq. Prezident həmçinin bildirib ki, “BMT Nyu-Yorkdan və ABŞ-dan ayrılmayacaq”.

//Samir Qurbanov, Editor.az

Избранный
44
editor.az

1Источники