RU

Məşhur kulinar borca görə məhkəməyə verilib

Məşhur kulinar borca görə məhkəməyə verilib

"A.A Food Group" şirkətinin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi bununla bağlı qətnamə qəbul edib.

İş materiallarından məlum olur ki, şirkətin dövlət büdcəsinə olan 9 583,01 manat borcu ödənilmədiyinə görə Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutub. Qurum ərizəsində şirkət rəhbərinə "stop” qoyulmasını istəyib. Məhkəmə də ərizəni təmin edib.

"A.A Food Group” MMC 17 yanvar 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 020 manatdır. Şirkətin qanuni təmsilçisi Aşurov Ağa Fərhad oğludur.

Ağa Aşurov tanınmış kulinardır. Usta aşpaz dərəcəsinə malik olan Ağa Aşurov Azərbaycan Milli Kulinariya komandasının tərkibində bir çox xarici ölkədə keçirilən kulinariya üzrə beynəlxalq çempionatlarda iştirak edib.

Hazırda onun rəhbərlik etdiyi şirkətin vergi borcu yoxdur. Görünür, məhkəmə qətnaməsindən sonra borc ödənilib.

Избранный
6
2
afn.az

3Источники