“Qarabağ” bir saat əvvəl yeni transferini açıqladı. “Köhlən atlar” AEK-dən (Larnaka) Jeremi Qnalini heyətinə qatdı.
Qnali fransalıdı, sol cinah müdafiəçisidi. Amma vinger kimi də oynaya bilir. Belədə ağla iki sual gəlir. Elvin Cəfərquliyev bu gecə “Qarabağ”dan gedir, yoxsa Abdulla Zubirin əsas heyətdəki vaxtı bitib? İkinci variant o qədər real deyil. Düzdü, Abdulla əvvəlki qədər faydalı iş əmsalına malik deyil. Yaş da sözünü deyir. Həm də onun müqaviləsi yaxınlarda yenilənib. Birinci versiya isə daha inandırıcıdı. Elvin avrokuboklarda sabit oyunu ilə diqqəti cəlb edib, 2025-ci ilin ən yaxşı futbolçusu seçilib. Bütün bu amillər onun dəyərini artırır. Ola bilər ki, elə bu gecə “Qarabağ” Elvin Cəfərquliyevin ayrılıq xəbərini rəsmi hesablarında paylaşsın.“Qarabağ” belə sürprizləri az etməyib. Gözləməyə dəyər!
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта