Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər.BUTA.TV xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə müzakirə olunub. Söhbət zamanı Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələləri də qeyd edilib.