RU

Atasının maşınını qaçıran yeniyetməni polis atəş açıb saxladı 16 yaşlı gənc yaralandı VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Valideynlərinə məxsus avtomobili icazəsiz götürüb sürməyə çıxan yeniyetmə saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Leninqrad vilayətində baş verən hadisə kameraya düşüb.

Belə ki, axşam saatlarında Kurpolo kəndində yol polisi əməkdaşları xidmət apardıqları zaman “Lada Vesta Cross” markalı avtomobilin onları görən kimi qəfil manevr edərək sürətlə hərəkətə başladığını müşaiyət ediblər. Səsucaldıcı ilə sürücüyə xəbərdarlıq edilsə də lakin, o, buna məhəl qoymayaraq sürəti daha da artırıb. Təqib zamanı vəziyyətin daha da təhlükəli hala düşməməsi üçün polis əməkdaşları xidməti silahdan havaya bir-neçə dəfə xəbərdarlıq, daha sonra isə avtomobilin təkərlərinə atəş açıblar.

Nəticədə avtomobil dayanıb. Polis əməkdaşları 13 yaşlı məktəblini və onun 16 yaşlı sərnişinini saxlayıb. Hadisə zamanı xəsarət alan 16 yaşlı sərnişin xəstəxanaya aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edir:

Namiq Musayev

Oxunub 38

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
avtosfer.az

1Источники