RU

Qazaxıstan və Türkiyə qarşılıqlı ticarətin artırılmasını müzakirə edib

Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri Yermek Koşerbayev və Hakan Fidan ikitərəfli ticarətin artırılması üzrə praktiki addımları müzakirə ediblər.

Moderator.az Qazaxıstan XİN-ə istinadən xəbər verir ki, məsələ Ankarada Qazaxıstan-Türkiyə birgə strateji planlaşdırma qrupunun 8-ci iclası çərçivəsində müzakirə olunub.

Ölkələr ikitərəfli və çoxtərəfli münasibətləri, o cümlədən siyasi, ticari-iqtisadi, investisiya, nəqliyyat-tranzit, texnologiya və mədəni-humanitar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər.

Koşerbayev qeyd edib ki, Türkiyə Qazaxıstanın ən iri ticari-iqtisadi tərəfdaşlarından biridir. Nazir həmçinin yüksək potensialı olan sektorlarda, xüsusən aqrar sahədə qarşılıqlı ticarətin artırılması üzrə praktiki addımların aktivləşdirilməsinin vacibliyini vurğulayıb.

Xüsusi diqqət həmçinin investisiya əməkdaşlığına yönəldilib. Məlumata görə, Qazaxıstan iqtisadiyyatına Türkiyə investisiyalarının həcmi 5 milyard dolları keçib, Türkiyədə isə Qazaxıstanın investisiyaları 2,2 milyard dollardan çox təşkil edib.

Bundan əlavə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2023-cü ildə zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyəyə yardım göstərilməsi ilə bağlı tapşırığının yerinə yetirilməsi müzakirə edilib. Qazaxıstan bu il Qaziantep əyalətində məktəbin tikintisini başa çatdırmağı planlaşdırır.

Избранный
5
5
moderator.az

6Источники