RU

FİFA prezidenti Rusiya ilə bağlı qərara qarşı çıxdı

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

FİFA prezidenti Canni İnfantino Rusiya milli komandalarının beynəlxalq yarışlarda iştirakına qadağa qoyulmasına qarşı çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İnfantino təşkilatın bu qərarı yenidən nəzərdən keçirməyə borclu olduğunu bildirib.

“Bu qadağa məyusluq və nifrətdən başqa heç nə gətirmədi. Rusiyalı oğlan və qızların digər Avropa ölkələrində futbol oynamaq imkanı hər kəs üçün faydalı olardı”, - o deyib.

Bundan əlavə, FİFA rəhbəri təşkilatın nizamnaməsinə siyasi səbəblərdən hər hansı bir ölkənin futbolda iştirakına qadağa qoyulmasını qadağan etmək üçün dəyişiklik etməyi təklif edib.

Qeyd edək ki, FİFA və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sanksiyaları səbəbindən Rusiya yığması 2022-ci il Dünya Çempionatı və UEFA Avro 2024 də daxil olmaqla bir neçə əsas beynəlxalq turniri buraxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
1
qafqazinfo.az

2Источники