RU

Kartellərin qorxulu yuxusu: Bir itin başına niyə mükafat qoyulur?

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Bəzi itlər yalnız "yaxşı” olmaqla kifayətlənmir, eyni zamanda cinayət dünyasının balansını dəyişdirəcək qədər istedadlı olurlar. 

Qaynarinfo xəbər verir ki, Kolumbiyanın ən böyük narkotik karteli "Clan del Golfo”nun bir Alman çoban itinin başına mükafat qoyması məhz belə bir hekayəyə əsaslanır.

İt dünyasında burun həssaslığı dedikdə ilk ağla gələnlər onlar olmasa da, Alman çoban itləri ağılları və hər sahədəki bacarıqları ilə polis qüvvələrinin vazkeçilməz üzvünə çevrilib. Xüsusilə disiplinli təlim proseslərinə sürətlə reaksiyaları onları cinayətə qarşı mübarizənin ön sıralarına çıxarıb.

Adı "Kölgə” mənasını verən "Sombra”, Kolumbiya polis təşkilatında xidmət edərkən narkotik qaçaqçılarının kabusuna çevrilib. Baxıcısı Xose Rojasın ifadəsinə görə, "Sombra”nın qoxu alma qabiliyyəti digər bütün növlərin çox üstündə idi. Bu bacarıq sayəsində karyerası boyunca yüzlərlə əməliyyat həyata keçirən "Sombra”, Avropaya göndəriləcək banan koliləri arasına gizlədilmiş təxminən 3 ton kokaini sanki əli ilə qoymuş kimi tapıb. Beynəlxalq hava limanlarında işlədiyi müddətdə isə 245-dən çox həbs əməliyyatına rəhbərlik edərək kartelin milyonlarla dollar ziyanına səbəb olub.

Başına 7 min dollar mükafat qoyuldu

"Sombra”nın uğuru, Kolumbiyanın sahil şəhəri Turboda 4,5 tonluq başqa bir böyük göndərişi də aşkar edəndə kartelin səbrini daşırıb. Cinayət təşkilatları adətən özlərinə mane olan şəxslər üçün qətl əmri çıxarır, lakin bu dəfə hədəf dörd ayaqlı bir məmur idi. "Clan del Golfo”, "Sombra”nın təsirsiz hala gətirilməsi üçün başına 7 min dollar mükafat qoyub. Bu təhdid o qədər ciddi qəbul edilib ki, polis təşkilatı "Sombra”nın təhlükəsizliyini təmin etmək üçün onu Boqotadakı El Dorado Beynəlxalq Hava Limanına köçürmək məcburiyyətində qalıb.

Hava limanındakı vəzifəsinə başladığı zaman "Sombra” artıq tək olmayıb. Yanında onu qorumaqla məsul olan əlavə polis əməkdaşları ilə birlikdə işləməyə başlayıb. Kartellərin hədəfi olmasına baxmayaraq, "super burun" təqaüdə çıxana qədər sahədən çəkilməyərək narkotik tacirlərinə keçid verməməyi davam etdib. Bir zamanlar Almaniyada yetişdirilməyə başlayan bu növün okeanın o tayında bir karteli diz çökdürəcəyini heç kimin ağlına gətirməsi çətin olardı.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
qaynarinfo.az

1Источники