RU

Prokurorluq Hüseyn Həsənova qarşı ittihamları təsdiqləyib

Moskvanın Cənub İnzibati Dairəsi Prokurorluğu bloger Hüseyn Həsənova qarşı çirkli pulların yuyulması cinayət işi üzrə ittiham aktını təsdiqləyib.

Ölkə.Az xəbər verir ki, bu barədə Moskva departamentinin Telegram kanalında məlumat verilib.

Həsənova Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi (çirkli pulların yuyulması) ilə ittiham irəli sürülüb. Bu maddə üzrə maksimum cəza yeddi ilə qədər həbs və 1 milyon rubla qədər cərimədir.

Cinayət işi məhkəməyə göndərilib. Bloger qiyabi həbsdə saxlanılıb. Həsənov hazırda polis tərəfindən axtarışdadır.

28 yanvarda Həsənova qiyabi olaraq 170 milyon (3 milyon 791 min manat) rubldan çox məbləğdə vergidən yayınma ilə bağlı çirkli pulların yuyulması ittihamı irəli sürülüb.

2025-ci ilin aprel ayının sonlarında Moskvanın Çertanovski Məhkəməsi Həsənovu 2019-2021-ci illər arasında 20 milyon rubl (446000 manat) çirkli pulların yuyulması və 170 milyon rubl vergidən yayınma ittihamı ilə qiyabi olaraq həbs etdi. Bloger beynəlxalq axtarışa verildi və ona qarşı ittiham irəli sürüldü.

4 noyabr 2025-ci ildə Həsənov yenidən federal qaçaq kimi siyahıya alındı.

Избранный
21
olke.az

1Источники