525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Sabah Bakının Binəqədi rayonunun bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə 525.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Motodrom" qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir hissəsinin və Motodrom ərazisinin qaz təchizatı dayandırılacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.