RU

İsveç millisinin üzvü “Qalatasaray”a keçə bilər

İsveç millisi və "Volfsburq"un yarımmüdafiəçisi Mattias Svanberq karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 27 yaşlı oyunçu ilə "Qalatasaray" yaxından maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, İstanbul təmsilçisi futbolçu ilə razılaşma əldə edib. Komandalar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Mattias Svanberq bu mövsüm "Volfsburq"un heyətində çıxış etdiyi 18 rəsmi matçda 4 qol və 2 assistlə yadda qalıb. Onun Bundesliqa klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

İkardidən növbəti uğur: Hacinin rekorduna şərik çıxdı

“Real”da ciddi itki - BİR AY OYNAYA BİLMƏYƏCƏK

Fransalı hücumçu rəsmən “Fənərbaxça”da

“Arsenal”dan “Ayaks”a - RƏSMİ

Livakoviç yenidən “Dinamo”da - RƏSMİ

Избранный
46
1
apasport.az

2Источники