Çempionlar Liqasında yoluna davam edən "Qarabağ" qış transfer pəncərəsinin son günlərində heyətini müdafiəçi ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı Konqo əsilli fransalı sol cinah müdafiəçisidir. Hündürlüyü 1.82 metrdir. Peşəkar karyerasına 2021-ci ildə ölkəsinin "Metz" klubunda başlayıb.
2024-cü ilədək İspaniya 3-cü liqasında "Tarasona" və 4-cü liqada yer alan "Mellila"da forma geyinib.
2024-cu ilin yayından Kiprin "AEK"(Larnaka) komandasında forma geyinir.
Futbolçu müdafiə ilə yanaşı həm yarımmüdafiənin solunda, həm də sol vinger kimi oynaya bilir.
Qnali cari mövsüm avrokuboklar və yerli çempionat daxil olmaqla 26 oyun keçirib və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, ümumilikdə Kipr təmsilçisinin heyətində çıxdığı 60 oyunda 7 assist edib.
Onun "AEK"(Larnaka) ilə olan müqaviləsinin müddəti bu ilin mayında yekunlaşırdı.
"Qarabağ" sol cinah müdafiəçisini birbaşa transfer edib. Onun ilə 2,5 illik müqavilə imzalanıb. Arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.