RU

Səmada 3 ay göründü: Rusiyada nadir atmosfer hadisəsi + Fotolar

Dünən gecə Rusiyanın bir çox bölgələrində nadir atmosfer hadisəsi qeydə alınıb.

E-saglam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Moskva, Vladimir, Leninqrad, Murmansk və digər şəhərlərin səmasında üç ayın göründüyü əks olunub.

Alimlərin sözlərinə görə, bu vizual effekt “saxta ay” adlanan optik hadisədir və ay işığının yuxarı atmosferdə üzən düz formalı buz kristallarından sınması nəticəsində yaranır. Hər bir kristal kiçik prizma kimi davranır və milyonlarla kristal eyni istiqamətdə olduqda səmada bir neçə ayın illüziyası əmələ gəlir.

Həqiqi ayı “əkizlərindən” onun mövqeyi ilə ayırd etmək mümkündür: saxta aylar əsas ayın hər iki tərəfində təxminən 22 dərəcə məsafədə görünür.

Gün ərzində oxşar şərait yarandıqda “parhelion” hadisəsi baş verə bilər və səmada eyni anda dörd “günəş” müşahidə olunar. Hər iki fenomen üçün aydın hava, aşağı temperatur və yüksək rütubət vacibdir. Buz kristalları adətən temperaturun həmişə mənfi olduğu 5–10 km hündürlükdəki sirrus buludlarında formalaşır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
25
e-saglam.az

1Источники