"Barselona"nın baş məşqçisi Hans-Diter Flik icarə əsasında "Jirona"da çıxış edən qapıçı Mark-Andre ter Ştegenin zədə səbəbindən komandaya qayıtmaq ehtimalını şərh edib.
QOL.az "AS" nəşrinə istinadən xəbər verir ki, mütəxəssis hələ ki, futbolçu ilə danışmadığını bildirib:
"Hələ ki, Ştegenlə danışa bilməmişəm. Xəbərlərdən məlumatım var. Ona cansağlığı arzulayıram, amma onunla hələ ünsiyyətim olmayıb. Geri qayıtması barədə heç nə deyə bilmərəm. Tək bildiyim odur ki, o zədəlidir, lakin bundan sonra nə olacağını bilmirəm".
Qeyd edək ki, Ştegen La Liqanın 22-ci turu çərçivəsində "Real Ovyedo" ilə matçda (1:0) sıradan çıxıb.
Xatırladaq ki, mətbuatda yayılan məlumatlara görə, qapıçıda ciddi əzələ zədəsi aşkarlanıb. Bu səbəbdən "Jirona"nın Kataloniya klubu ilə icarə müqaviləsinə vaxtından əvvəl xitam verə biləcəyi gündəmə gəlib.