Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) vahid bazarına daha sıx inteqrasiyası ilə bağlı məsələlər tərəflərin gələcək sammitində müzakirə olunacaq.
"Report"un məlumatına görə, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.
Onun sözlərinə görə, sammitin dəqiq tarixi hələlik müəyyən edilməyib, lakin tədbirdə bu məsələni müzakirə etmək mümkün olacaq.
"Bizim vahid bazarımız həqiqətən də Aİ-nin xəzinələrindən biridir və ya Britaniya kontekstində desək, tacın incisidir. Buna görə də biz Baş nazir Kir Starmerin onun üstünlüklərini qəbul etməsini çox yüksək qiymətləndiririk", - Pinyo britaniyalı liderin sözlərinə şərh edərək bəyan edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.