RU

Babasının vəfatı günündə mükafat XƏBƏRİ Qusarlı gəncin UĞURU VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.Mükafata layiq görülən 10 gəncdən biri də qusarlı Sərxan Əbülfət oğlu Ağadadaşovdur. O, 1999-cu il avqustun 4-də Qusar şəhərində anadan olub. Orta təhsilini Qusar şəhər 1 saylı tam orta məktəbində alıb. 2016-cı ildə Azərbaycan Aviasiya Akademiyasının Hava Hərəkətinin İdarə Olunması mühəndisliyi ixtisasına qəbul olub. 2020-ci ildə bakalavr, daha sonra isə magistratura pilləsini eyni ixtisas üzrə bitirib. 

 

2023-cü ildən Aviasiya Akademiyasının doktoranturasında təhsil alır. Hazırda Akademiyanın Pilotsuz Uçuş Aparatları (PUA) laboratoriyasında qrup rəhbəri və müəllim kimi fəaliyyət göstərir.

2020-ci ildən, xüsusilə Vətən müharibəsi dövründən başlayaraq, PUA-ların istehsalı və təmiri sahəsində çalışır. Həmçinin "Sinam" şirkətində aparıcı mühəndis kimi fəaliyyətimi davam etdirir.Sərxan Ağadadaşov qeyd edib ki, bu, cənab Prezident tərəfindən təltif edildiyi ikinci mükafatdır:Ətraflı Bizim.Media-nın videosüjetində:Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
bizim.media

2Источники