RU

Trampdan qalmaqallı açıqlamalar: Qrenlandiya, Kanada və Venesuelanı hədəfə aldı

ABŞ Prezidenti Donald Tramp qonşu ölkələrin suverenliyinə yönəlik mübahisəli açıqlamalarını davam etdirib.

ABŞ Prezidenti şənbə günü paytaxt Vaşinqtonda keçirilən “Alfalfa Club” tədbirində iştirak edib. Hər il təşkil olunan bu ənənəvi şam yeməyində Tramp ölkənin tanınmış siyasətçiləri, dövlət rəsmiləri və iş adamları qarşısında çıxış edib.

79 yaşlı siyasətçi çıxışı zamanı səsləndirdiyi zarafatlarla diqqət çəkib və bəzən ziddiyyətli fikirlər söyləyib. ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell, JPMorgan Chase bankının baş direktoru Ceymi Daymon və Carlyle Groupun təsisçilərindən Devid Rubenşteyn kimi nüfuzlu şəxslərə müraciət edən Tramp əvvəlcə,

“Bu zalda nifrət etdiyim çox adam var. Amma çoxunuzu sevirəm”, — deyib.

Daha sonra isə “Qrenlandiyanın işğalını izləmək üçün çıxışımı qısa kəsəcəyəm” ifadəsini işlədib.

“İşğal etməyəcəyik, satın alacağıq”

Qrenlandiyanı əldə etmək niyyətində israrlı olduğunu bir daha göstərən Tramp, çıxışının davamında bu sözləri “zarafat” kimi düzəldərək bildirib:

“Qrenlandiyanı işğal etməyəcəyik, onu satın alacağıq.”

Kanada və Venesuela da gündəmdə

Избранный
12
aznews.az

1Источники