RU

Davamlı biomüxtəliflik siyasətinin formalaşdırılmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ümumdünya Su-Bataqlıq Günü və Azərbaycan Gəncləri Günü münasibətilə “Davamlı biomüxtəliflik siyasətinin formalaşdırılmasında gənclərin rolu” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbir çərçivəsində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva çıxış edərək gənclərə biomüxtəlifliyin qorunmasının əhəmiyyəti, su-bataqlıq ekosistemlərinin ekoloji tarazlığın saxlanılmasındakı rolu, həmçinin davamlı ekoloji siyasətin formalaşdırılmasında gənclərin iştirakının vacibliyi barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülər iştirak ediblər. Onlar ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən gənclər təşəbbüsləri, könüllülük fəaliyyətinin biomüxtəlifliyin qorunmasına verdiyi töhfələr və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında interaktiv müzakirələr keçirilib və gənclərin ekoloji proseslərdə daha fəal rol almasının vacibliyi xüsusi vurğulanıb.

Tədbirin əsas məqsədi su-bataqlıq ekosistemlərinin əhəmiyyəti, biomüxtəlifliyin qorunmasında davamlı siyasətin rolu və bu prosesdə gənclərin fəal iştirakının təşviqi istiqamətində ictimai məlumatlılığı artırmaq olub.

Qeyd edək ki, Nazirlik tərəfindən həyata keçirilən bu kimi təşəbbüslər 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü 2026 və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkədə ekoloji təşəbbüslərin təşviqinə, ətraf mühitin mühafizəsi sahəsində ictimai fəallığın artırılmasına xidmət edir.

Избранный
8
2
ekologiya.az

3Источники