ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Ankara, 2 fevral, AZƏRTAC
Türkiyənin jandarma qüvvələrinin komandanlığına yerli istehsal olan “T625 Gökbey” çoxməqsədli helikopterinin sayca beşincisi təhvil verilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələrinin aviasiya parkının genişləndirilməsi barədə məlumatı fevralın 2-də ölkənin daxili işlər naziri Ali Yerlikaya verib. Nazir sosial şəbəkələrdə helikopterin videosunu paylaşaraq “Biz xoşbəxtik və qürur duyuruq”, – deyə bildirib.
“T625 Gökbey”in yaradılması üzrə layihəyə 2013-cü ildə start verilib. Helikopterin təqdimatı 2014-cü ilin sentyabr ayının əvvəlində Ankarada keçirilib. Prototipin ilk uçuşu 6 sentyabr 2018-ci ildə uğurla həyata keçirilib və artıq bir il sonra “T625 Gökbey” Türkiyənin Mülki Aviasiya Baş İdarəsi tərəfindən sertifikatlaşdırılıb.
Türkiyə istehsalı olan ilk seriyalı çoxməqsədli helikopter 2024-cü ilin oktyabrında Türkiyənin Jandarma Baş Komandanlığının istifadəsinə verilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.