RU

Gəncədəki partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlandı

Gəncədə quyu qazıntısı zamanı baş verən partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Oxu.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar fevralın 2-si saat 17:00-da 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin orta ağır qiymətləndirilir".


Telegram kanalımız
Избранный
13
yenisabah.az

1Источники