RU

Elşad Mirbəşir: “Ehtimal var ki, ABŞ yaxın saatlarda İrana hərbi müdaxilə etsin”

Bütün dünya ABŞ və  İran arasında baş verənləri narahatlıqla izləyir. Ehtimal var ki, ABŞ yaxın saatlarda İrana hərbi müdaxilə etsin. Lakin bu ehtimal o qədər də böyük deyil. Trampın səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar hələ hücum barədə qəti bir fikrə gəlməyib. Tramp bildirir ki, əgər İranla razılıq əldə olunsa, hərbi əməliyyatlara ehtiyac qalmayacaq. Bu isə o deməkdir ki, hər şey İranın mövqeyindən asılıdır. 

Bu sözləri News365.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşir səsləndirib.

Siyasi şərhçi, həmçinin, rəsmi Vaşinqtonun İrana hücum etmə fikrindən çəkinməsinin səbəblərini də açıqlayıb.

“Bir neçə faktora əsaslanaraq ABŞ-nın geniş miqyaslı əməliyyatlara başlamayacağını demək olar. İrana hərbi müdaxilə çox böyük eskalasiyaya səbəb ola bilər. Bundan əlavə İran Hörmüz boğazını bağlaya bilər. Belə olan halda  neftin qiymətinin bahalaşması ilə dünya iqtisadiyyatına çox ağır zərbə dəyər. Neft ticarətinin təxminən 1/5 hissəsi bu boğazdan keçir. Bütün bunları nəzərə aldıqda yaranan mənzərə onu göstərir ki, tərəflər müharibə etməkdə maraqlı deyillər. ABŞ-nin hazırki daxili siyasi vəziyyətinə baxdıqda da görsənir ki müharibə ehtimalı, ümumiyyətlə, müzakirə mövzusu ola bilməz. Həm ölkədə baş verən etiraz aksiyalarını, həm də qarşıdan gələn seçkiləri buna səbəb kimi göstərmək olar. Maduronun həbsi və Qrenlandiya mövzusu ABŞ-da Trampın nüfuzunu kifayət qədər aşağı salib. İranla müharibə isə onun nüfuzunu yerlə bir edə bilər. Ən əsası isə bu müharibə çox böyük çoğrafiyanı əhatə edə bilər ki, bu da bütün dünya üçün faciəyə çevrililər. Bütün bunları nəzərə alraq düşünürəm ki, ABŞ və İran Arasında geniş miqyaslı müharibə olamayacaq”.

Избранный
11
news365.az

1Источники