RU

"Neftçi"nin heyətində ciddi itkilər

"Neftçi"nin iki futbolçusu cəzalı vəziyyətə düşüb.

Milli.Az xəbər verir ki, Misli Premyer Liqasının XVIII turunda "Araz-Naxçıvan"a 4:0 hesabı ilə qalib gəldikləri oyunda "Neftçi"nin heyətində Freddi Varqas və İqor Riberyo sarı vərəqə ilə cəzalandırılıblar.

Hər iki futbolçu bu mövsüm dördüncü dəfə sarı vərəqə aldıqları üçün XIX turda "Qəbələ" ilə qarşılaşmada meydanda olmayacaqlar.

Qeyd edək ki, Misli Premyer Liqasının XIX turunda keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu fevralın 10-da saat 19:00-da start götürəcək.

Milli.Az

Избранный
13
2
milli.az

3Источники