RU

Biləsuvar polisi sərnişindaşıma ilə bağlı reyd keçirib

Biləsuvar, 2 fevral, İlkin Adıyev, AZƏRTAC

Sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsinə, bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin artırılması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən profilaktik tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir zamanı sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki vəziyyəti, normadan artıq sayda oturacaqların quraşdırılması, sürücülərin müvafiq kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun olub-olmaması, onların tibbi müayinədən keçməsi və digər normativ tələblər yoxlanılıb.

Sürücülərlə profilaktik söhbətlər aparılıb və hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyələr verilib. Sadalanan qayda pozuntularına yol verən şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.

 

Избранный
14
3
azertag.az

5Источники