RU

Norveçin Baş naziri Trampı NATO ilə bağlı açıqlamalarına görə yalan danışmaqda ittiham edib

Donald Tramp yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ-nin Avropada NATO çərçivəsində Sovet İttifaqı və Rusiyaya qarşı müdafiəyə yardım etdiyini, lakin Avropa ölkələrinin öz öhdəliklərini yerinə yetirmədikləri üçün bunun qarşılığında heç nə almadığını söyləmişdi.

Editor.az xəbər verir ki, Støre ABŞ liderinin bu açıqlamalarını şərh edib.

O deyib: “Bu doğru deyil. Bu açıq-aşkar yalandır. Düşünürəm ki, Amerika cəmiyyətinin əhəmiyyətli bir hissəsi bunu anlayır, çünki bu məsələ hər gün, hər saat önəm daşıyır. Kollektiv təhlükəsizlik xeyriyyəçilik deyil. O, qarşılıqlı fayda və milli maraqlara əsaslanır.”

Yanvarın 23-də The New York Times ABŞ-nin transatlantik təhlükəsizlik siyasətində dəyişən yanaşması fonunda NATO-nun indiyədək mövcud olduğu formada sona yaxınlaşdığını yazıb. Qəzet Davos İqtisadi Forumundan sonra avropalıların ABŞ administrasiyasının artıq Avropada təhlükəsizliyin təmin edilməsində əvvəlki kimi maraqlı olmadığını anladıqlarını qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Избранный
11
editor.az

1Источники