RU

Bu təkcə bir heykəl deyil, cəmiyyətdə söz sahibi olan qadınların simvoludur -VİDEO

1920-30-cu illərdə Azərbaycan cəmiyyətində qadının taleyi ilə başlayan köklü dəyişikliklər təkcə sosial islahat deyil, həm də düşüncə inqilabı idi.

Redaktor.az-ın məlumatına görə, bununla bağlı “ARB24 xəbər” süjet hazırlayıb.

Materialda qeyd olunub ki, Cəfər Cabbarlının yaratdığı baş örtüyünü atan “Sevil” obrazı əslində bir qadının deyil, bütov bir xalqın qaranlıqdan işığa çıxmaq cəsarətini simvolizə edir. Məhz həmin ideyanın bədii və tarixi davamı kimi 1960-cı ildə Fuad Əbdürrəhmanov “Azad qadın” heykəlini yaratdı.

Hazırda Bakının Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən “Azad qadın” heykəli də məhz Azərbaycan cəmiyyətində söz sahibi olan qadınların simvoludur.

Daha ətraflı videomaterialda:

 

Избранный
12
1
redaktor.az

2Источники