"Rayo Valyekano" ilə matçda zədələnən Cud Bellinqem 1 ay meydanlardan uzaq qalacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bellinqem Çempionlar Liqasının keçid pley-off mərhələsindəki "Benfika" ilə matçlarda və La Liqa oyunlarında komandasına kömək edə bilməyəcək.

İngiltərəli futbolçu cari mövsüm 28 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.