RU

Rusiya ordusu Xarkovda bazara zərbə endirib: Yaralılar var

Rusiya qoşunları Ukraynanın Xarkov şəhərinin rayonlarından birində bazara pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

"Cebheinfo.az" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, təxminən yerli vaxtla saat 14:30 radələrində Rusiyaya məxsus dron Xarkovun Slobodskoy rayonuna zərbə endirib, mərmilər yerli bazarın ərazisinə düşüb.

Hücum nəticəsində iki nəfər yaralanıb və bir neçə ticarət pavilyonu zədələnib.

"Cebheinfo.az"

Избранный
28
2
cebheinfo.az

4Источники