Rusiya qoşunları Ukraynanın Xarkov şəhərinin rayonlarından birində bazara pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
"Far.Az" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, təxminən yerli vaxtla saat 14:30 radələrində Rusiyaya məxsus dron Xarkovun Slobodskoy rayonuna zərbə endirib, mərmilər yerli bazarın ərazisinə düşüb.
Hücum nəticəsində iki nəfər yaralanıb və bir neçə ticarət pavilyonu zədələnib.