RU

Ombudsman: Gənclərimiz İkinci Qarabağ müharibəsində Vətən sevgisini bir daha nümayiş etdirdilər VİDEO

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan gəncləri dövlətçilik tariximizin həlledici anlarında hər zaman fədakarlıq nümayiş etdirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbə bunun bariz sübutudur. Gənclərimizin döyüş meydanında göstərdiyi rəşadət və şücaət onların Vətənə olan sevgisini və bağlılığını hər kəsə bir daha nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri 2 Fevral - Gənclər Günü münasibətilə keçirilən tədbirdə insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, Ombudsman Aparatında gənc, savadlı və təşəbbüskar əməkdaşlar fəaliyyət göstərir.

"Ombudsman təsisatı olaraq biz gənclərlə işləməyə, onların hüquqi biliklərinin artırılmasına və hüquqi maarifləndirmə prosesinə cəlb olunmasına xüsusi önəm veririk. Bu məqsədlə mütəmadi olaraq gənclərin iştirakı ilə maarifləndirici tədbirlər, görüşlər və təlimlər keçirilir", - deyə S.Əliyeva əlavə edib.

Избранный
11
1
azertag.az

3Источники