RU

Tarixin 2 fevralı...

Tarixi xatırladığımız rubrikamızda 2 fevraldayıq.

Hit.az bildirir ki, 2 fevral tarixi dünya tarixində iz qoymuş bir çox mühüm hadisə, tanınmış şəxsiyyətlərin doğumu və itkilərlə yadda qalan gündür. 

Bu gün müxtəlif dövrlərdə baş verən hadisələrin tarixi kimi xatırlanır. Eyni zamanda, bəşəriyyətin inkişafına töhfə vermiş görkəmli alimlərin, sənət adamlarının və ictimai xadimlərin doğulduğu gün kimi də önəm daşıyır. Həmçinin, 2 fevral həm də dünya tarixində dərin iz buraxmış bəzi şəxsiyyətlərin vəfatı ilə əlaqələndirilir. Yəni 2 fevral təkcə adi bir təqvim günü deyil, keçmişlə bu günü birləşdirən gün kimi xarakterizə oluna bilər. 

Əvvəla qeyd edək ki, 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu gün Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla təsdiq olunub. 

2 fevralda nələr baş verib?
1943-cü ildə İkinci Dünya müharibəsi zamanı Stalinqrad döyüşü bu gün başa çatıb. 1967-ci ildə isə Uruqvay milli futbol komandası Amerika Kubokunda çempion olub. 2 fevralda daha bir ölkə çempiuonluq qazanıb. Belə ki, 2002-ci ildə ABŞ milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb 2020-ci ildə isə İordaniyada ilk dəfə COVID-19 yoluxması qeydə alınıb.

2 fevralda doğulanlar:
Azərbaycanla başlayırıq. 1952-ci ildə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Akif Əkbərov, 1932-ci ildə ədəbiyyatşünas Ağamusa Axundov, 1957-ci ildə aktrisa, Əməkdar artist Sona Mikayılova, 1962-ci ildə kulinar Stalik Xankişiyev, 1981-ci ildə isə Avropa və dünya Nizami Paşayev doğulub.

Dünyada isə 1455-ci ildə Danimarka, İsveç və Norveç kralı I Con, 1649-cu ildə Roma papası XIII Benedikt, 1882-ci ildə İordaniya kralı I Abdulla, 1922-ci ildə bolqar aktrisa Stoyanka Mutafova, 1934-cü ildə gürcü kinorejissor Otar İosseliani, 1936-cı ildə türkiyəli futbolçu Metin Oktay, 1980-cı ildə italiyalı müğənni Nina Dzilli, 1977-ci ildə kolumbiyalı müğənni Şakira, 1987-ci ildə ispan futbolçu Jerar Pike doğulub.

2 fevralda vəfat edənlər:
1594-cü ildə italiyalı bəstəkar Covanni Palestrina, 1881-ci ildə rus yazıçı Aleksey Pisemski, 1907-ci ildə rus kimyaçısı Dmitri Mendeleyev, 1969-cu ildə ingilis aktyor Boris Karloff, 1983-cü ildə  Əli Vəliyev, 1995-ci ildə ingilis aktyoru Donald Plezens, 1996-ci ildə amerikalı aktyoru Cin Kelli, 2005-ci ildə alman boksçu Maks Şmelinq, 2014-cü ildə amerikalı aktryoru Filip Seymur Hoffman vəfat edib.

Pərviz
 

Избранный
17
hit.az

1Источники