Ajans.az xəbər verir ki,“Sadə bir qəza” filminin ssenarisinə görə Oskar mükafatına namizəd olan Mahmudyanın saxlanılması barədə The New York Times qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, ssenarist hökumətin ölkədəki etirazlara qarşı sərt tədbirlərini açıq şəkildə tənqid etdiyinə görə həbs edilib. O, etirazların qəddarcasına yatırılmasını pisləyən və hökuməti qınayan bəyanatı imzalayan şəxslərdən biri olub. Həmin məktubu ümumilikdə 17 tanınmış vəkil, sənətçi və ictimai fəal imzalayıb. Hazırda Mehdi Mahmudyanın və digər imza atan şəxslərin dəqiq harada saxlanıldığı məlum deyil. Onlara qarşı irəli sürülən ittihamların detalları da açıqlanmayıb.