RU

Avropanın qaz ilə təminatı gərgin vəziyyətdədir  

Avropa İttifaqında olduğu kimi Böyük Britaniyada da fevralın ilk günündən təbii qazın qiyməti bahalaşdı. Yanvarda Britaniyada qazın qiyməti 40 faiz artıb.

AZƏRTAC xəbər verir ki, “Panmure Liberum” investisiya bankının analitiki Eşli Kleti “The Times”a müsahibəsi zamanı bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə əlaqədar olaraq Avropa Rusiyadan qaz almaqdan imtina edərək ABŞ istiqamətinə yönəlib. ABŞ bazar qiymətindən də baha qiymətə Avropaya sıxılmış (LNG) qaz ixrac etməyə başlayıb. Lakin cari ilin qış mövsümü Şimali Amerika qitəsində çox soyuq havalarla müşahidə olunur. Bir sıra ştatlarda qarın normadan artıq yağması yataqların bağlanmasına, hasilatın azalmasına səbəb olub və enerji problemləri meydana gəlib. Buna görə də ABŞ Avropa istiqamətində ixrac etdiyi qazın həcmini azaltmağa məcbur olub. Digər tərəfdən Avropanın qaz anbarlarında cəmi 30 faiz ehtiyat qalır. Bütün bunlar bazarda istər təbii, istər maye, istərsə də LNG-nin qiymətinin artmasına səbəb olub.

Analitik bildirib ki, qiymət artımı fevralda da müşahidə olunacaq. Belə ki, anbarlarda ehtiyatlar 20 faizə enən kimi qiymət artımının yeni dalğası başlayacaq.

“Wood Mackenzie” konsaltinq şirkətinin eksperti Tom Marzek-Manser hesab edir ki, həm Britaniya, həm də Avropa İttifaqı qaz təminatlarını şaxələndirməyərək özlərini Rusiyadan asılı vəziyyətə salıblar. Hazırda risklərdən birini ABŞ ilə İran arasındakı gərginliyin Körfəzə sirayət etməsidir. Onun fikrincə, Hörmüz boğazı bağlansa Qətərdən LNG-nin Avropaya nəqlində problem yaranacaq. Buna görə də Britaniya və Avropanın digər dövlətlərində elektrik enerjisinin təminatında kəsintilər olacaq.

2027-ci ilin yanvarın 1-də Rusiya qazından tamamilə imtina etmək haqqında Avropa İttifaqının qərarı barədə Slovakiya və Macarıstan Avropa Məhkəməsinə müraciət edəcəklər. Slovakiyanın Baş naziri Robert Fitso qərarı “axmaqlıq” adlandırıb və ölkəsinin bu qərara əməl etməyəcəyini bildirib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Slovakiya ilə Rusiya arasında müqavilə var. Müqaviləyə əsasən, “Qazprom” 2034-cü ilə kimi Slovakiyanı təbii qazla təmin edəcək. Maddələrin birində göstərilir ki, bu müqavilə tərəflərin biri tərəfindən pozulacağı təqdirdə həmin tərəf 16 milyard dollar cərimə ödəməlidir. Hazırda Slovakiyanın 30 faiz ərazisi Türkiyə vasitəsilə Rusiyadan ixrac olunan qaz ilə təmin edilir. Hazırda Avropanın qaz ilə təminatı gərgin vəziyyətdədir.

Избранный
12
2
azerbaijan-news.az

3Источники