RU

Pezeşkian göstəriş verdi: İran ABŞ danışıqları BAŞLAYIR

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqların aparılması barərə təlimat verib.Modern.az xəbər verir ki, İran Hökumətindəki mənbə “Fars” agentliyinə bildirib ki, Prezident Pezeşkian ABŞ ilə yeni danışıqların başlanmasını əmr edib.

“Tasnim” Xəbər Agentliyinə danışan mənbənin sözlərinə görə, yaxın günlərdə İran və ABŞ-ın yüksək vəzifəli rəsmilərinin iştirakı ilə danışıqlar prosesi başlaya bilər.

İran mənbəsi bildirib ki, "danışıqların dəqiq yeri və tarixi hələ müəyyən edilməyib və onlara çox güman ki, xarici işlər naziri Abbas Arakçi və Stiv Uikoff (ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi) sədrlik edəcək".

İran və ABŞ-ın nüvə məsələsi ilə bağlı danışıqlar aparması gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
modern.az

1Источники