İstismardan çıxarılan "F-14 Tomcat" döyüş təyyarəsi sürəti, hava döyüşlərində nüfuzu və dəyişən bucaqla quraşdırılmış qanad konstruksiyası sayəsində hələ də simvolik statusa malikdir. Bu təyyarənin bir əsas üstünlüyü var ki, o hələ də onu əvəzolunmaz edir.
HİT.az-ın məlumatına görə, “Warrior Maven” Hərbi Modernizasiya Mərkəzinin prezidenti və eks-Pentaqon əməkdaşı Kris Osborn "19FortyFive" üçün yazdığı məqalədə bildirir ki, F-14 əvvəlki döyüş təyyarələrindən fərqli olaraq donanmanı qorumaq üçün hazırlanmışdı. Döyüş xüsusiyyətləri və sonrakı modernizasiyaları təyyarənin mirasını daha da möhkəmləndirib.
F-14-ün əsas xüsusiyyətləri
Osborn xatırladır ki, F-14 2006-cı ildə istismardan çıxarıldıqdan sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin avianosçuları modernizə edilmiş "Super Hornet" və F-35C ilə əvəz olunub. Buna baxmayaraq, F-14-ün yüksək sürəti və uçuş məsafəsi hələ də nümunə sayılır.
Ekspert qeyd edir ki, F-14 saatda təxminən 2817 km (2,3 Maç) sürətə çata bilirdi ki, bu da onu "F-22 Raptor" ilə eyni səviyyəyə qoyur. "Tomcat" ikioturacaqlı döyüş təyyarəsi idi, buna görə də iki pilot hədəfi izləyə və döyüş vəziyyəti barədə məlumatlı ola bilirdi.
Osborn əlavə edir ki, təyyarənin başqa üstünlüyü dəyişən bucaqla quraşdırılmış qanadları idi. Bu, təyyarənin fərqli sürətlərdə müxtəlif tapşırıqları yerinə yetirmək üçün optimal işləməsinə imkan verirdi.
F-14-ün əsas üstünlüklərindən biri də onun avadanlıqlarıdır. Təyyarə AWG-9 radarına və uzun məsafəli "AIM-54 Phoenix" raketlərinə malik idi ki, bu da eyni vaxtda bir neçə hədəfi izləməyə və vurmağa imkan verirdi.
Ekspert bildirir ki, uçuş zamanı bir pilot hədəfləri izləməyə və vektorizasiya etməyə diqqət yetirirdi, digər pilot isə əlavə hədəfləri izləyə, ətrafı yoxlaya və vacib tövsiyələr verə bilirdi.
F-14 niyə hələ də əvəzolunmazdır
Osborn paylaşır ki, F-14 istismarı dövründə mühərrik baxımından ciddi təkmilləşdirmə alıb. Başlanğıcda TF30 mühərriki istehsaldan çıxarılıb və "General Electric F110-GE-400" mühərrikləri ilə əvəz edilib, bu da mükəmməl performans təmin edib.
Ekspert qeyd edir ki, mühərrikin dəyişdirilməsi F-14-ün itələmə qüvvəsini və çəki nisbətini yaxşılaşdırıb və platformanın Vyetnam, Liviya, Fars körfəzi müharibəsi və “İraq Azadlığı” əməliyyatlarında uğurlu döyüş tətbiqinə birbaşa təsir göstərib.
Osborn bildirir ki, F-14 təyyarədaşıyanlara yüksək sürətli hava hücumları üçün misilsiz platforma təqdim edib, bu imkan F-14 istismardan çıxarılandan sonra bərpa olunmayıb. O hesab edir ki, təyyarənin “pensiyaya çıxması” ABŞ Hərbi Dəniz Qüvvələrinin avianosçularını havada üstünlük təmin edə biləcək əla platformadan məhrum edib, çünki F-22 yalnız quru bazasından qala bilirdi.
Samir