“Azercell-in dəstəyi sayəsində informatika üzrə milli komandanın üzvləri beynəlxalq yarışlara daha sistemli və peşəkar şəkildə hazırlanır. Şagirdlər üçün əlavə hazırlıq dərslərinin təşkili, məqsədyönlü hazırlıq proqramlarının həyata keçirilməsi və xüsusi tədris mühitinin yaradılması gənclərin potensialının üzə çıxarılmasına şərait yaradır. Bu cür kompleks yanaşma onların beynəlxalq olimpiadalarda göstərdikləri nəticələrə birbaşa təsir göstərir və eyni zamanda, ölkədə yeni nəsil İT və İKT mütəxəssislərinin formalaşmasına töhfə verir”, – deyə Fuad Qarayev bildirib. Tədbirin sonunda informatika üzrə beynəlxalq olimpiadaların medalçıları sertifikatlar və hədiyyələrlə təltif olunublar. Reklam hüququnda



