RU

“Pezeşkian komandası daha mötədil siyasətin tərəfdarıdır” – Elçin Xalidbəyli

"İran hakimiyyətində ziddiyyətlərin mövcud olduğu artıq qətiyyən sirr deyil. Bu, yalnız İsrail tərəfindən irəli sürülən iddialarla ortaya çıxan reallıq deyil. Son dövrlər İran hakimiyyətini təmsil edən şəxslərin mövqelərinə diqqət yetirdikdə də bu ziddiyyətlər aydın şəkildə müşahidə olunur. Belə ki, İran Prezidenti Məsud Pezeşkian və onun yaxın ətrafı daha mötədil xarici və daxili siyasətin tərəfdarı kimi çıxış edirlər. Onlar hesab edirlər ki, İranın qonşu dövlətlərlə münasibətləri dostluq və qarşılıqlı əməkdaşlıq mühitində qurulmalı, heç bir halda münasibətlərin kəskinləşməsinə yol verilməməlidir. Eyni zamanda Pezeşkian və komandası ölkə daxilində vətəndaş hüquqlarının qorunmasını prioritet hesab edirlər. Bununla yanaşı, əhalinin rifah halının yaxşılaşdırılması və ölkədə sosial-iqtisadi vəziyyətin müsbət istiqamətdə inkişaf etdirilməsi də onların əsas hədəfləri sırasında yer alır. Lakin hakimiyyət daxilində daha mühafizəkar və radikal mövqedə dayanan digər bir qanad da mövcuddur. Bu qanad qonşu ölkələrlə münasibətlərin qarşılıqlı əməkdaşlıq və anlaşma prinsipləri əsasında qurulmasına o qədər də ciddi önəm vermir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, İsrailin qiymətləndirməsinə görə İran hakimiyyətində ciddi fikir ayrılıqları mövcuddur. Belə ki, ali dini lider Əli Xamenei danışıqlarda sərt mövqe sərgilədiyi halda, digər yüksək vəzifəli rəsmilər daha çox sülh yönümlü yanaşmanı dəstəkləyirlər.

Siyasi şərhçi qeyd edib ki, əksinə, bəzi hallarda qonşu ölkələrin ərazilərində proksi qüvvələrin formalaşdırılmasına cəhdlər müşahidə olunur.

Избранный
8
aznews.az

1Источники